• 5 °C
|

Filadelfiyada təyyarə qəzası zamanı göyərtədəki 6 nəfər ölüb – VİDEO – YENİLƏNİB

1 Fevral 2025
img

Filadelfiyanın şimal-şərqində baş verən təyyarə qəzası zamanı hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

***

03:34

Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.

“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, – telekanal qeyd edib.

Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.