• 26 °C
|

Kolumbiya ABŞ-dən gələn miqrantları qəbul etməyə razılaşıb

27 Yanvar 2025
img

Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Kolumbiya hökuməti ABŞ-dən departasiya edilmiş bütün kolumbiyalı qeyri-qanuni miqrantların qəbulu, o cümlədən ABŞ hərbi təyyarələrinin məhdudiyyətsiz qəbul edilməsi də daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”, – deyə məlumatda qeyd olunub.