• 29 °C
|

Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb

7 Sentyabr 2026

Cənubi Koreya, ABŞ və Yaponiya Çedjudo adasının cənub və şərqində beynəlxalq sularda üçtərəfli dəniz təlimlərinə başlayıb.

APA xəbər verir ki, “Freedom Edge” adlanan təlimlər 5 gün davam edəcək.

Təlimlər dəniz, hava və kiberməkan da daxil olmaqla bir neçə istiqaməti əhatə edir. Ölkələr birgə əməliyyat imkanlarını və müxtəlif şəraitlərdə koordinasiyalı cavab vermək qabiliyyətlərini artırmağı planlaşdırır.

Seul təlimlərin müdafiə xarakterli olduğunu və beynəlxalq hüquqa uyğun keçirildiyini bildirir.