• 29 °C
|

Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq

7 Sentyabr 2026
img

Tayvan yaxın 6 il ərzində silah və sursat istehsalını artırmaq üçün 14,15 milyard Tayvan dollarından (təxminən 447,5 milyon ABŞ dolları) çox vəsait yatıracaq.

APA xəbər verir ki, layihə zirehli texnika, artilleriya, sursat, partlayıcı maddələr, optik avadanlıqlar və xüsusi təyinatlı batareyaların istehsalının genişləndirilməsini nəzərdə tutur.

2026-cı ildə bu məqsədlə 10,4 milyon dollar ayrılacaq. Vəsaitin illik həcminin 2028-2030-cu illərdə 130 milyon dollara çatacağı gözlənilir.

Məqsəd Tayvanın silah və sursat sahəsində özünütəminat imkanlarını əhəmiyyətli dərəcədə artırmaqdır.