
Nepal Xarici İşlər Nazirliyi Bhote-Koşi çayında baş verən dağıdıcı daşqın nəticəsində zərər çəkən və ya itkin düşən xarici vətəndaşların axtarışı və xilas edilməsi işlərini əlaqələndirmək üçün operativ qrup yaradıb.
APA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
“Bu qrup dərhal fəaliyyətə başlayıb və təbii fəlakətdən zərər çəkən xarici vətəndaşlarla bağlı məlumatların yoxlanılması, axtarış-xilasetmə əməliyyatlarına dəstək və konsulluq yardımının göstərilməsi üçün əsas əlaqələndirici qurum olacaq”, – deyə nazirlik bildirib.
Məlumata görə, qrup hadisə bölgəsində olan xarici vətəndaşlarla bağlı məlumatları toplayacaq, aidiyyəti qurumlarla əməkdaşlıq edəcək və təsdiqlənmiş məlumatların onların ailələrinə və diplomatik nümayəndəliklərinə çatdırılmasını təmin edəcək.