25 Apr 2026

Avropa İttifaqı və Suriya arasında ilk yüksək səviyyəli siyasi dialoq keçiriləcək.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Aİ və regional tərəfdaş ölkələrin liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, siyasi dialoq iki həftədən sonra baş tutacaq.
“Bu, bizim gələcəkdə Suriya ilə assosiasiya razılaşması imzalamaq ehtimalımızı artıracaq”, – Aİ Komissiyasının prezidenti bildirib.