19 Apr 2026

Almaniyanın qərbindəki Moers şəhərində Sıx məbədində baş verən davada azı 11 nəfər yaralanıb.
Bu barədə Bild qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, polis məbədin yaxınlığında genişmiqyaslı əməliyyat keçirir. Ərazi tamamilə mühasirəyə alınıb.
İlkin məlumatlara görə, ərazidə 40-dan çox insanın iştirak etdiyi dava baş verib. Şahidlər münaqişə zamanı iti bıçaqlı silah və odlu silahlardan istifadə edildiyini bildiriblər.