• 16 °C
|

Britaniya SEPAH-ın qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsi üçün qanun layihəsi hazırlayır

25 Aprel 2026
img

Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsi üçün qanun layihəsi hazırlayır.

Bunu ölkənin Baş naziri Kir Starmer “The Jewish Chronicle” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, mövcud hüquqi mexanizmlər bu addımı atmaq üçün kifayət etmir və yeni qanun qəbul olunmalıdır.

Starmer qeyd edib ki, qanun layihəsi yaxın həftələrdə parlamentə təqdim olunacaq və yeni sessiya başlayandan dərhal sonra müzakirəyə çıxarılacaq. O vurğulayıb ki, bu təşəbbüs “zərərli dövlət aktorlarına qarşı daha effektiv tədbirlərin görülməsi” məqsədi daşıyır.