
Gürcüstanın müdafiə naziri İrakli Çikovani bu ölkədə rəsmi səfərdə olan erməni həmkarı Suren Papikyanı qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə müdafiə sahəsində ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Söhbət zamanı əsas mövzulardan biri regionda mövcud təhlükəsizlik mühiti və çağırışlar olub. Nazirlər sülhün təmin edilməsinə və möhkəmləndirilməsinə hazır olduqlarını bir daha hazırlıqlarını bildiriblər.
Tərəflər 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan istiqamətləri də nəzərdən keçiriblər.