• 13 °C
|

NATO cari ilin sonuna qədər Ukraynaya müdafiə yardımı etməyi planlaşdırır

15 Aprel 2026
img

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, alyans cari ilin sonuna qədər Ukraynaya müdafiə yardımı etməyi planlaşdırır.

APA xəbər verir ki, Berlində Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasından sonra jurnalistlərə açıqlama verən Rutte bu məsələdə nikbin olduğunu vurğulayıb.

Rutte qeyd edib ki, alyans daxilində yükün bölüşdürülməsi hələ də bərabər deyil.

“Nikbinəm. Az sayda ölkə əsas yükü daşıyır. Lakin vəziyyətin yaxşıya doğru dəyişdiyini görürük”, – o deyib.

Baş katib əlavə edib ki, Ukraynanın mübarizəni davam etdirməsi üçün zəruri resurslarla təmin olunması vacibdir.