25 Apr 2026

Rusiyanın Dneprə hücumlarında xəsarət alanların sayı 40 nəfəri ötüb.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “”X” hesabında məlumat verib.
O bildirib ki, şəhərin hücuma məruz qalan bölgəsində hələ də axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Beş nəfər ölüb, iki nəfər isə itkin düşüb.