• 27 °C
|

Türkiyədə mikroavtobus uçuruma aşıb, 3 nəfər ölüb, 18 nəfər yaralanıb

5 Avqust 2025
img

Türkiyənin Sivas vilayətinin Seşehri məntəqəsində fındıq yığmağa gedən fəhlələrdən ibarət mikroavtobus qəza törədib.

APA TRT “Haber”ə istinadən xəbər verir ki, mikroavtobus uçuruma yuvarlanıb.

Nəticədə 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.