
Filadelfiyanın şimal-şərqində baş verən təyyarə qəzası zamanı hava gəmisinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
***
03:34
Filadelfiyanın şimal-şərqində təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.
APA xəbər verir ki, “Fox News”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 6 nəfər olub.
“Filadelfiyanın şimal-şərqindəki hava limanından yenicə qalxan təyyarədə altı nəfər olub. İki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü”, – telekanal qeyd edib.
Bundan əlavə, qəza nəticəsində Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə evin yandırıldığı bildirilir.